ABŞ-da helikopterin qəzaya uğraması nəticəsində bank direktoru həlak olub

2024-02-11 06:14:32

International News Agency Trend

Bakı. Trend:

Nigeriyanın "Access Bank" bankının baş icraçı direktoru Herbert Viqve, həyat yoldaşı və oğlu Kaliforniya-Nevada ştatları sərhədində helikopterin qəzaya uğraması nəticəsində həlak olublar.

Trend-in məlumatına görə, bu barədə Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Nqozi Okonjo-İveala bildirib.

Bundan əvvəl "NBC" telekanalı məlumat verib ki, "Eurocopter EC 130" helikopteri Kaliforniyada Nevada sərhədi yaxınlığında Nipton şəhəri yaxınlığında qəzaya uğrayıb.

Helikopterdə 6 nəfər olub, onlardan heç biri sağ qalmayıb.

2024-02-11 News